"Fasilə dönəmi istirahətimi Bakıda keçirdim, harasa getmək alınmadı.
Ölkədə qalmalı oldum, amma normal dincələ bildim".
Bu fikirləri Sportinfo.az açıqlamasında "Sumqayıt"ın yarımmüdafiəçisi Murad Xaçayev deyib.
"Kimyaçılar" təxminən iki həftə olar toplanışa başlayıb. Lakin 25 yaşlı yarımmüdafiəçi yeni mövsümə hazırlıqla bağlı gözləntilərindən danışmaq istəməyib:
"Yenicə bir araya gəlmişik. Məşqlər normal keçir. Məncə, toplanışla və yeni sezonla bağlı danışmaq hələ tezdir".
XANOĞLAN / SPORTİNFO.AZ

