Kamran Quliyev satıldı

9 İyul 2023 11:05 Sumqayıt 2 096
Kamran Quliyev satıldı

2023/2024 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Son mövsümü “Şamaxı”da keçirmiş hücumçu Kamran Quliyevlə 3 illik müqavilə imzalanıb.

“Qəbələ”nin yetirməsi karyerası ərzində “Yonava” (Litva), “Sabah” və “Şamaxı”nın uğurları üçün çalışıb.

Ötən mövsüm Premyer Liqada 33 oyunda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 23 yaşlı forvard Azərbaycanın U-17, U-19 və U-21 yığmalarına da dəvət alıb.

Sumqayıtlılar «Sabah»a məxsus gənci havayı əldə etməyib. Ona görə qarşı tərəfə müəyyən məbləğdə təzminat ödənilib.

Səbəbkarın özü isə yeni komandasında keçirəcəyi ilk mövsümdə 4000 manat civarında əməkhaqqı alacaq. Sonrakı illərdə isə qazancında artım edilməsi nəzərdə tutulur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 20:00 Çək və bizə göndər!