AFFA külli miqdarda pulu kəsdi, klubda maliyyə problemi yarandı

8 İyul 2023 20:06 Sumqayıt 1 549
AFFA külli miqdarda pulu kəsdi, klubda maliyyə problemi yarandı

“Sumqayıt”da maliyyə çətinliyi yaranıb.

Premyer Liqada qalmaq vəzifəsinin öhdəsindən gələn “kimyaçılar” 2 aydan çoxdur ödəmələrini ala bilmirlər.

“Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə aprel ayının əməkhaqqısını alıb. Vəziyyətin belə hal alması AFFA-dan qaynaqlanır.

Belə ki, federasiya dövlət tərəfindən kluba ayrılan aylıq dotasiyadan 400 min manatı kəsib. Hazırda klubla qurum arasında danışıqlar davam edir.

“Sumqayıt”lılar problemin həlli üçün sənədlərdəki çatışmazlıqları aradan qaldırmağa çalışır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti