“Cığallıq edirlər, soruşurlar ki, filan oyunçunun qiyməti...”

6 İyul 2023 21:20 Sumqayıt 1 270
“Cığallıq edirlər, soruşurlar ki, filan oyunçunun qiyməti...”

“Vaxtımız var, səbrlə hərəkət edirik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

“Kimyaçılar”ın sükançısı yeni mövsümün transfer çalışmaları barədə məlumat verib. Bildirib ki, gündəmdə xeyli legioner olsa da, tələsmək fikrində deyil:

“Danışıqlar indi də davam edir. Əmin olun ki, bizdən asılı məsələ deyil.

Bir az agentlərin cığallığı da var. Soruşur ki, filan oyunçunun qiyməti 5-6 min olar?

Deyirsən ki, hə. Təklifi göndərirsən və həmin təkliflə gedib klubuna deyir ki, "Sumqayıt" bu qiyməti verir.

O da avtomatik öz qiymətin qaldırır. Artıq biz də bu şeyləri yaxşı bilirik. Ona görə də sakitik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti