Portuqaliya klubunun braziliyalı vingeri “Sumqayıt”la anlaşmağa yaxındır

6 İyul 2023 11:00 Sumqayıt 1 469
Portuqaliya klubunun braziliyalı vingeri “Sumqayıt”la anlaşmağa yaxındır

"Torreense"nin (Portuqaliya) futbolçusu Dieqo Raposo karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az yerli "Record" nəşrinə istinadən xəbər verir ki, "Sumqayıt" 27 yaşlı vingerlə maraqlanır.

"Gənclik şəhəri" təmsilçisinin braziliyalı oyunçu ilə danışıqlar apardığı bildirilir. Nəşr yaxın günlərdə tərəflər arasında anlaşmanın əldə oluna biləcəyini yazıb.

Dieqo Raposo Portuqaliya təmsilçisinin heyətində 32 oyuna çıxıb, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə