"Sumqayıt" yeni mövsümə hazırlıqların doğma şəhərdə davam etdirir.
Kollektiv ötən ayın 26-sından biraraya gəlib.
Amma arxada qalan günlər Masaki Murata düşərgədə yer almırdı.
Ötən mövsümün son matçlarını zədəli halda, iynə hesabına meydanda keçirən futbolçu müalicə olunurdu.
Baş məşqçi Samir Abasovun yaponiyalı həsrəti, nəhayət, başa çatıb.
Ölkəsində müalicəsin başa vuran 23 yaşlı yarımmüdafiəçi dünəndən hazırlıqlarda iştirak edir.
Orta sahə oyunçusu ötən ilin yanvarı Latviyanın "Valmiera" klubundan transfer olunub.
2022/23 sezonunun ikinci yarısı 16 görüşdə meydana çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

