Azərbaycan millisinin futbolçusunun transferi rəsmiləşdi - FOTO

5 İyul 2023 00:50 Sumqayıt 1 133
Azərbaycan millisinin futbolçusunun transferi rəsmiləşdi - FOTO

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli "Sumqayıt"dan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisindən məlumat verilib.

28 yaşlı hücumameylli yarımmüdafiəçinin "Eqnatiya"ya transfer olunduğu bildirilib.

Daha əvvəl bu barədə Albaniya klubunun prezidenti Agim Demrozi öz açıqlamasında bildirmişdi. 3 illik müqavilə imzalandığını qeyd etmişdi.

Vüsal ötən mövsüm "Sumqayıt"da 35 oyunda 6 qol vurub və 3 qolun ötürməsini verib. O, Azərbaycan millisinin də üzvüdür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti