"Sumqayıt"dan ayrılan Vüsal İsgəndərli komanda ilə vidalaşıb.
Sportinfo.az xəbər verir ki, Albaniyadan "Eqnatiya"ya keçən 27 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında "Sumqayıt"a uğurlar arzulayıb:
"Uğurlar, "Sumqayıt"! Bir il ərzində hər oyunda yanımda olan komanda yoldaşlarım, hər zaman yanımızda olan azarkeşlərimiz, haqqınızı halal edin".
Vüsal İsgəndərli ötən mövsüm "Sumqayıt"da 35 rəsmi matçda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.

