Samir Abasov yeni mövsümə ONUNLA xüsusi hazırlaşır - VİDEO

4 İyul 2023 23:00 Sumqayıt 1 505
Samir Abasov yeni mövsümə ONUNLA xüsusi hazırlaşır - VİDEO

Deyəsən, yeni mövsüm Premyer Liqanın kəşflərindən biri Ayxan Süleymanlı olacaq.

Söhbət "Sumqayıt"ın 19 yaşlı sol cinah müdafiəçisindən gedir.

2020-2022-ci illəri "Zirə"də keçirən arxa xətt oyunçusu bu ilin qışından "Kimyaçılar"a keçib.

Baş məşqçi Samir Abasov artıq ötən mövsümün gedişindən ona oynama fürsəti verib.

3-ü son turlar olmaqla 4 görüşdə meydana çıxan gənc oyunçu 117 dəqiqə oynamaq imkanı qazanıb.

Bununla ona inamını göstərən təcrübəli mütəxəssis, həm də bir növ yeni mövsümə hazırlıq görürmüş.

Hər halda, yay toplanışının ilk günlərindən Süleymanlıya olan xüsusi münasibətin başqa izahı ola bilməz.

Məşqlərdə daim diqqəti onun üzərində olan Abasov məşqdən sonra da Ayxandan əl çəkmir. Yanına çağırır, fərdi məşq edir.

İnkişafına şəxsən nəzarət edir. Bir sözlə, gənc oyunçunu gözündən kənara buraxmır.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anların görüntülərinə aşağıdakı linkdə baxa bilərsiniz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti