Azərbaycanlı baş məşqçi: “Bu gün yerli bazarda namizədimiz yoxdur”

3 İyul 2023 17:00 Sumqayıt 1 137
Azərbaycanlı baş məşqçi: “Bu gün yerli bazarda namizədimiz yoxdur”

“Bu gün yerli bazarda namizədimiz yoxdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

“Kimyaçılar” ötən ay 3 azərbaycanlı futbolçu ilə güclənib. Bunlar “Zirə”dən Mehdi Cənnətov, “Kəpəz”dən Orxan Sadıqlı və “Qəbələ”dən Rövlan Muradovdur.

“Gənclik şəhəri” təmsilçisinin çalışdırıcısı bildirib ki, o, lazım olanları artıq komandaya götürüb:

“Qeyri-adi nəsə olsa, başqa məsələ. Son anadək gözləmə mövqeyində dayanacağıq.

Rusiyada, Ukraynada olan Azərbaycan əslli oyunçuları gətirmək də çətinləşib. Bir sözlə, hazırda fikrimiz əcnəbi oyunçulardadır".

Digər Xəbərlər
Xəbər Lenti