“Sumqayıt” daha bir futbolçu ilə yolları ayırıb.
Söhbət yarımmüdafiəçi Elşən Abdullayevdən gedir.
Bir vaxtlar futbolumuzun gələcəyi hesab olunan istedadlı oyunçu ötən ilin yanvarından “Kimyaçılar”ın şərəfin qoruyurdu.
29 yaşlı orta sahə oyunçusu 2022/23 mövsümü 6 oyunda cəmi 64 dəqiqə meydanda olub.
“Neftçi”nin yetirməsi daha əvvəl “Qarabağ”, “Sabah”, “Zirə” və “Səbail” kimi klubların da formasın geyinib.
XANOĞLAN / SPORTİNFO.AZ

