"Sumqayıt" yeni mövsümün hazırlıqlarına doğma şəhərdə start verib.
26 iyundan bir araya gələn kollektiv hələki fiziki hazırlıq üzərində çalışır.
"Kimyaçılar"ın gələcəklə bağlı planı isə qeyri-müəyyən olaraq qalır.
Belə ki, komandanın nə vaxta kimi Sumqayıtda hazırlıq keçəcəyi dəqiq deyil.
Bu, yeni transferlərin düşərgəyə qoşulmasından asılı olacaq.
Əgər erkən qoşulsalar, qardaş ölkəyə bilet sifariş olunacaq.
Əks halda, baş məşqçi Samir Abasov az sayda futbolçu ilə ölkə xaricinə çıxmağı məqbul hesab etməyib.
Maraq üçün bildirək ki, daha əvvəl "Kəpəz"in yeni mövsümə hazırlığını yalnız ölkəmizdə keçəcəyini sizə məlumat vermişdik.
SPORTİNFO.AZ

