"Sumqayıt" yeni mövsümün hazırlıqlarına doğma şəhərdə start verib.
Ötən mövsüm başa çatan kimi 10-a yaxın futbolçu ilə yolları ayıran klub hələki Rövlan Muradov, Mehdi Cənnətov və Orxan Sadıqlı ilə güclənə bilib.
Belədə baş məşqçi Samir Abasov az sayda futbolçu ilə toplanışa start verməyə məcbur qalıb. Maraqlıdır, yenilər nə vaxt gələcək? Gecikmə nə ilə bağlıdır?
Təcrübəli mütəxəssis yerli publikanın haqqlı narahtlığına səbəb olan suallar ətrafında sorğumuza cavab olaraq bunları deyib:
"Açıq deyim ki, futbolçu siyahısının ardı-arası kəsilmir. Bəyəndiklərimiz də var.
Amma kim olduğumuzu unutmuruq. Ayağımızı yorğanımıza görə uzadırıq.
Sadəcə, seçdiklərəmizin özlərinin bura gəlməmələri bizi üzür. Bu pulla bağlı da deyil.
Məsələn, ilk vaxtlarda 15 mindən aşağı gəlmək istəməyən futbolçu indi 10 minə gəlməyə hazırdı. Mən futbolçuların real qiymətin bilirəm.
6 minlik oyunçunun 15 min istəməsi real deyil. Bir müddət keçəndən sonra biz dediyimizdən də aşağı qiymət olacaq.
Bəziləri deyə bilər ki, pulun verib gətirməlisən. Amma dəyərindən 3-4 qat artıq qiymətə gətirəndə, sabah onun cavabın vermək lazımdır.
Haqqlı olaraq deyəcəklər ki, səndə 15 minlik futbolçu varsa, "Zirə", "Sabah"la ayaqlaşmalısan. Biz buna getməyəcəyik"..
XANOĞLAN / SPORTİNFO.AZ

