Daha bir azərbaycanlı legioner həyatı yaşamağa qərar verdi - SON DƏQİQƏ

30 İyun 2023 14:40 Sumqayıt 2 957
Daha bir azərbaycanlı legioner həyatı yaşamağa qərar verdi - SON DƏQİQƏ

Vüsal İsgəndərli "Sumqayıt"dan ayrılmağa hazırlaşır.

Yarımmüdafiəçi ölkə xaricindən ciddi təkliflər alıb və getməyə qərar verib.

Xüsusi ilə qardaş ölkə klublarından israrla onu heyətində görmək istəyənlər var.

Düzdü, 27 yaşlı vingerin "Kimyaçılar"la gələn ilin yayına kimi qüvvədə olan müqaviləsi var.

Amma rəhbərlik orta xətt oyunçusuna söz verib ki, xaricdən gələcək təkliflər onu qane etsə, klub gedişinə heç bir problem yaratmayacaq.

Karyerası ərzində yerli klublardan "Simurq", "Zirə" və "Şamaxı"da oynamış sabiq milli üzvü ölkə xaricində Türkiyənin "Keçiörəngücü" klubunda legioner həyatı yaşayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti