“Belə olacağına inanıram və bunun üçün də çalışacam”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın yeni yarımmüdafiəçisi Rövlan Muradov deyib.
“Qəbələ”dən “gənclik şəhəri” təmsilçisinə keçən və 2 illik müqavilə imzalayan vinger iddialı danışıb.
O bildirib ki, “Sumqayıt”ın aparıcı simalarından birinə çevrilməklə vaxtilə sıralarında olduğu milliyə dəvət alacağına ümid edir:
“Məqsədim meydanda var qüvvəmi qoymaq, klub rəhbərliyi və Samir Abasovun inamını doğrultmaqdır.
Bu, baş verəndən sonra milli komanda üçün də şans yaranar. İlk növbədə öz oyunumla “Sumqayıt”a fayda verməliyəm ki, sonra başqa amillər haqda düşünüm”.

