Transfer qayğıları... Pulsuzluğun üzü qara olsun!

27 İyun 2023 23:00 Sumqayıt 1 133
Transfer qayğıları... Pulsuzluğun üzü qara olsun!

Ötən mövsümü uğursuzluqla başa vuran "Sumqayıt" sezonun sonu 7 futbolçu ilə rəsmi olaraq yolları ayırıb.

Bu hələ son deyil. Bir neçə futbolçunun gedişi gözlənilir.

Yenilərdən isə qapıçılar - Mehdi Cənnətov, Orxan Sadıqlı və yarımmüdafiəçi Rövlan Muradovla hələki anlaşmaq mümkün olub.

Müdafiə və yarımmüdafiənin cinahlarına, oyun qurucusu və forvarda mövqeyinə mütləq ehtiyac var.

Yerli bazarda yaranan qıtlıq Abasovu bu mövqelər üzrə daha çox əcnəbi futbolçu axtarışına sövq edir.

Burada isə mənzərə heç də ürəkaçan deyil.

Braziliya, Afrika və Serbiyadan olan futbolçularla danışıqlar heç cür bəhrə vermir.

Əksəriyyətinin yüksək maaş tələbi "kimyaçılar"ı çıxılmaz vəziyyətə salır.

Vaxt isə daralır. Çünki bu ayın sonu bir araya gələcək komanda növbəti ayın əvvəli Türkiyədə təlim-məşq toplanışı keçməlidir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti