“Sumqayıt”da yeni təyinat gerçəkləşib.
Elşən Poladov klubun futbol akademiyasının qapşılar üzrə koordinatoru postuna gətirlib.
Onunla birillik müqaavilə imzalanıb.
Poladov son olaraq “Səbail”də çalışıb. O, ötən ilin mayından dekabrına kimi burada Mahmud Qurbanovun köməkçisi işləyib.
Daha əvvəl isə “Neftçi”nin əvəzedici komandasında fəaliyyət göstərib.
SPORTİNFO.AZ

