Samir Abasov milli üzvünə "YOX" dedi

24 İyun 2023 19:40 Sumqayıt 1 915
Samir Abasov milli üzvünə "YOX" dedi

Yeni mövsümə hazırlıqları davam etdirən "Sumqayıt" Mehdi Cənnətov və Orxan Sadıqlıdan sonra Rövlan Muradovla da rəsmi anlaşma imzaladı.

Danışıq aparılan, təklif olunan oyunçular isə təbii ki, daha çoxdur.

Son olaraq baş məşqçi Samir Abasova "Səbail"dən ayrılan Turan Manfov təqdim olunub.

Amma təcrübəli mütəxəssis gənclər millimizin sabiq üzvünün keçidinə isti baxmayıb.

O, son cinah müdafiəçi kimi başqa namizədləri gözdən keçirməyə üstünlük verib.

Manafov son mövsümü "Səbail"də keçirib. O, meydana çıxdığı 17 görüşdə 1 qol, 1 asistlə yadda qalıb.

Sezonun sonu təklif olunan aşağı maaşa razılaşmayaraq Bayıl təmsilçisi ilə yolların ayırıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti