Millimizin sabiq müdafiəçisi karyerasın bərpa edir - 2 real təklif var

17 İyun 2023 20:20 Sumqayıt 2 394
Millimizin sabiq müdafiəçisi karyerasın bərpa edir - 2 real təklif var

"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov karyerasın yenidən bərpa edə bilər.

Təcrübəli futbolçuya Premyer Liqanın iki klubundan real təklif var.

Hazırda danışıqlar gedir və yaxın 2-3 gündə məsələyə yekun vurulacaq.

Xatırladaq ki, daha əvvəl Hüseynov bundan sonra məşqçi kimi çalışacağını mətbuata açıqlamışdı.

Onun məşqçi kimi yeni iş yeri də məlum idi.

35 yaşlı müdafiəçi 10 ildi şərəfin qoruduğu "kimyaçılar"a bundan sonra məşqçi kimi xidmət göstərəcəkdi.

Hüseynov əsas komandada Samir Abasovun korpusunda yer alacaqdı.

Amma futbolçu kimi yeni təkliflər olunca arxa xətt oyunçusu fikrini dəyişməli olub.

Bu barədə Sumqayıt təmsilçisinin də məlumatı var. Abasov məsələyə isti yanaşıb və futbolçuya: “Təklif varsa, davam et, məşqçi kimi isə qapılarımız üzünə hər zaman açıqdır” – deyib.

Karyerası ərzində "Turan" və "Qəbələ" klublarının şərəfin qorumuş arxa xətt oyunçusu 2013-cü ildən Sumqayıt klubunda çıxış edir.

O, son mövsüm 26 oyunda meydana çıxıb və 1 qolla yadda qalıb.

Azərbaycan millisinin sabiq üzvü "Sumqayıt" karyerasında 229 oyun keçirib və 3 qol, 4 qol ötürməsi etməyi bacarıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti