“Sumqayıt” Futbol Akademiyasının iki komandası beynəlxalq turnirə hazırlaşır.
Bu barədə Sportinfo.az-a Akademiyanin koordinatoru Hakan Sünal məlumat verib.
Söhbət akademiyanın U-11 və U-14 komandalarından gedir.
Yarış Türkiyənin Yalova şəhərində keçiriləcək.
Təmsilçimiz qardaş ölkədə 1 həftə qalacaq.
Oyunlar 22-26 iyun tarixlərində keçirləcək.
Yerli klublardan başqa, Almaniya və İtaliyadan da bir neçə klubunun turnirə qatılacağı gözlənilir.
XANOĞLAN

