“Sumqayıt”lı Bodrumda keyfə baxdı, döyüşü, qazandı - VİDEO

13 İyun 2023 21:20 Sumqayıt 973
“Sumqayıt”lı Bodrumda keyfə baxdı, döyüşü, qazandı - VİDEO

“Sumqayıt”ın keçmiş və indiki futbolçuları mövsümün yorğunluğunu Bodrumda çıxarır.

Vüsal İsgəndərli ilə Elgün Nəbiyev bu niyyətlə Antalyanın kurort şəhərinə yola düşüb.

Əyləncə həvəskarı olan dostlar dincəlmək şansından maksimum yararlanmağa çalışırlar ki, sosial şəbəkə hesablarında bununla bağlı paylaşımlar edirlər.

Sonuncu belə video marağa səbəb olub. Şou xarakterli qayıqüstü döyüşdə Vüsal Elgünü udmağı bacarıb.

Nəbiyev əlindəki “silahı” komanda yoldaşının başına keçirib, onu suya atmaq istəyəndə, özü də istəmədən “tələyə düşüb”.

Elgün Nəbiyev vaxtilə “Zirə”, “Sabah”, “Sumqayıt”, “Səbail” kimi komandaların şərəfini qoruyub. Ötən il “Səbail”dən ayrılandan sonra klubsuzdur.

HƏBİB / SPORTİNFO.AZ

Döyüşün videosunu təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti