“Özünü əşdahanın ağzından, yəni I Diviziona düşməkdən güclə xilas elədi”.
Bu fikirlər “Sportinfo TV”nin şef-redaktoru İlkin Fikrətoğluna məxsusdur.
Premyer Liqanın son mövsümünə rəy verən tanlnmış telejurnalist “Sumqayıt”ın Premyer Liqada yerini böyük çətinliklə təmin elədiyini bildirib.
“Çempionatın startından ayyarım sonra Alesey Baqa istefaya göndəriləndə, “Sumqayıt” 7 oyuna cəmi 1 qol vurub, 3 xal toplamışdı.
Belə komandanın “ip”ini yığmaq üçün elə Samir Abasov tipli məşqçi lazım idi. Futbolçunun nazıyla oynamayan, rəhbərliyə sözünü deyə bilən.
Ölüm-zülümlə olsa da, Abasov ondan gözləniləni etdi. Hamıdan çox qol buraxsalar da, “Sumqayıt””I elitada saxlaya bildi.
Amma komanda gələn mövsüm üçün də böyük perspektiv vəd eləmir. Sumqayıtın tikilib, amma hələ istifadayə verilməyən stadionu kimi, komandanın da gələcyi naməlum görünür”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

