Samir Abasovun istəmədiyi legionerlə dil tapmaq mümkün olacaqmı?

13 İyun 2023 10:40 Sumqayıt 1 142
Samir Abasovun istəmədiyi legionerlə dil tapmaq mümkün olacaqmı?

Yeni mövsümə hazırlıqları erkən başlayan “Sumqayıt” hələki daha çox ayrılan futbolçuların gedişi ilə yadda qalır.

Hazırda ayrılıqların sayı 7-yə bərabərdi.

Kapitan Vurğun Huseynov karyerasın başa vurubsa, yerlilərdən Aydın Bayramov, Süleyman Əhmədov və Rüfət Abdullazadə yola salınıb.

Əcnəbilərdən isə Terrens Tisdell, Karim Abubakar və Dieqo Karioka ilə bitən müqavilələr yenilənməyib.

Legionerlərin sırasına daha biri əlavə oluna bilər.

Söhbət Şimali Makedoniya millisinin üzvü olan Todor Todorskidən gedir.

24 yaşlı müdafiəçi baş məşqçi Samir Abasovun gələcək planlarına daxil deyil.

Amma onunla yolların ayrılması da asan olmayacaq.

Çünki Todorun gələn ilin yayına kimi “Kiymaçılar”la müqaviləsi var.

Belədə təzminat ödəmək məcburiyyəti yaranmış olur.

Rəhəbrlik arxa xətt oyunçusuna təzminat ödəməmək üçün onunla dil tapmağa çalışır.

Danışıqlar müsbət sona çatarsa, cinah müdafiəçisi yeni mövsümə başqa komandada başlamalı olacaq.

Todor Todorski arxada qalan sezon 32 oyunda meydana çıxıb. Bu görüşlərdə onun aktivində 3 qol, 1 asist var.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti