“Sumqayıt” yeni mövsümə yenilənmiş heyətlə hazırlaşacaq.
2022/23 sezonun uğursuz keçirən “Kimyaçılar” yay fasiləsinin ən aktiv komandalarından biridir.
Hələki bu aktivlik ayrılanlarla bağlı məsələdə özünü daha çox göstərir.
Orxan Sadıqlı və Mehdi Cənnətovun timsalında cəmi iki transferlə yadda qalan klubda ayrılıqların sayı 7-yə bərabərdi.
Kapitan Vurğun Huseynov futbolçu karyerasın başa vurubsa, yerlilərdən Aydın Bayramov, Süleyman Əhmədov və Rüfət Abdullazadə yola salınıb.
Əcnəbilərdən isə Terrens Tisdell, Karim Abubakar və Dieqo Karioka ilə bitən müqavilələr yenilənməyib.
Klubdan əldə etdiyimiz məlumata görə, ayrılıq dalğası bununla da bitməyəcək.
Abasovun “qara siyahısı”nda başqa bir neçə ad da var. Və göndərilənlər mütləq yenə olacaq.
Sadəcə onların yola salınması mövqelərinə yeni transferlərin baş tutub-tutmamasından asılı olacaq.
Baş məşqçi yeni trasnferlərlə bağlı axtarışları, danışıqları sürətləndirib.
O, qısa müddətdə bu prosesi arxada qoyub, təlim-məşq toplanışının planlarını cızmaq istəyir.
XANOĞLAN / SPORTİNFO.AZ

