2000 manat güzəştə getdi, iki illik müqavilə imzaladı

9 İyun 2023 13:00 Sumqayıt 1 197
2000 manat güzəştə getdi, iki illik müqavilə imzaladı

"Sumqayıt" Elvin Bədəlovun müqaviləsinin müddətini uzadıb.

27 yaşlı müdafiəçi ilə iki illik müqavilə imzalanıb.

2019-cu ildən "Sumqayıt"da çıxış edən Bədəlov 84 qarşılaşmada meydanda olub.

Azərbaycan yığmasının üzvü “gənclik şəhəri” təmsilçisinə maddi şərtlərdə güzəştə gedib. Son mövsümdə aylıq əməkhaqqısı 6000 manat olan Bədəlov gələn “futbol ili”ndə 2000 manat az qazanmağa razılaşıb.

Klubun ümumi durumunu nəzərə alan müdafiəçi “o pulu daha verə bilmirik” mesajını olduğu kimi qəbul edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti