Azərbaycan klubu elan verdi, izdiham yaşandı - VİDEO

16 İyun 2023 17:00 Sumqayıt 1 369
Azərbaycan klubu elan verdi, izdiham yaşandı - VİDEO

"Sumqayıt" Futbol Akademiyası seçimlərə start verib.

2007-2016-cı il təvəllüdlü uşaqlar arasında aparılan seleksiya prosesi 8-10 iyun tarixlərinə planlaşdırılıb.

"Kapital Bank Arena"da keçirilən seçimlərin ilk günü arxada qalıb.

Artıq ilk gündən arenada böyük izdiham yaşanıb.

"Sumqayıt" Futbol Akademiyasına düşmək arzusunda olanların sayı gözləniləndən çox olub.

Bunu həm uşaqların sayından, həm də tribunalara cəm olan çox sayda valideyn axınından sezmək mümkün olub.

3 gün davam edəcək seçimlərin sonunda məşqçilərin diqqətini cəlb edən uşaqlar akademiyaya qəbul olunacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

İlk seçim günündən çəkilən videonu sizə təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti