Premyer Liqa klubu köhnə “ev”inə qayıtdı – Uzunmüddətli anlaşma

8 İyun 17:40 Sumqayıt 6 523
Premyer Liqa klubu köhnə “ev”inə qayıtdı – Uzunmüddətli anlaşma

“Sumqayıt” növbəti mövsüm ev oyunlarını Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirəcək. Bununla bağlı tərəflər arasında razılaşma əldə olunub. Anlaşmaya əsasən, arena xeyli müddətdən sonra “kimyaçılar”a uzunmüddətli icarəyə verilib.
Üç il öncə sökülən arenanın tikintisi artıq tamamilə başa çatıb.
Əsas problem təbii qazonla bağlı idi, artıq meydança da yararlı duruma gətirilib.
Sadəcə, idman qurğusunun qapılarının açılması sonraya qalıb. İndi bura heç kim buraxılmır – stadionun öz əməkdaşlarından başqa.
Media əhlinin üzünə də bağlı olan arenanın açılışı rəsmi dövlət qurumlarından asılıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər