“Kəpəz”də daha kim qaldı ki… “Sumqayıt”la anlaşdı

7 İyun 2023 16:20 Sumqayıt 1 747
“Kəpəz”də daha kim qaldı ki… “Sumqayıt”la anlaşdı

“Sumqayıt” daha bir transfer həyata keçirib.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

2022/23 mövsümünü “Kəpəz”də keçirmiş qapıçı Orxan Sadıqlı ilə 2 illik anlaşma əldə edilib.

Orxan Sadıqlı 2018/19 mövsümündə də “Sumqayıt” FK-nın şərəfini qoruyub (2 oyun). 30 yaşlı qapıçı karyerası ərzində “Xəzər Lənkəran”, “İnter” (Bakı) və “Zirə”də də oynayıb.

"Sumqayıt" bundan əvvəl "Zirə"dən ayrılan qapıçı Mehdi Cənnətovla da müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti