Yaponu da yola salın, getsin!

7 İyun 2023 17:40 Sumqayıt 1 582
Yaponu da yola salın, getsin!

"Sumqayıt" dövrələrarası fasilədə keçidini gerçəkləşdirdiyi legionerlərdən Masaki Murata ilə yolları ayıra bilər.

"Gənclik şəhəri"nintəmsilçisinin baş məşqçisi Samir Abasov son olaraq Latviyada "Valmiera"nın şərəfini qorumuş yaponiyalı yarımmüdafiəçinin xidmətində maraqlı deyil.

O, cari ilin əvvəlində 1.5 illik müqavilə imzalanış asiyalının səviyyəsindən narazıdır bub u fikrini idarəçilərin də diqqətinə çatdırıb.

Abasov onun yerinə başqa namizədləri gözdən keçirdiyini, bu üzdən Muratını heyətdə düşünmədiyini söyləyib.

Ötən mövsüm Latviya çempionu olan 24 yaşlı futbolçu 32 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, Konfrans Liqasında keçirdiyi 2 matçda da 1 dəfə fərqlənməyi bacarıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti