"Neftçi" onun qalmasında maraqlı deyil – Maraqlı olanlar var

7 İyun 2023 19:00 Sumqayıt 1 725
"Neftçi" onun qalmasında maraqlı deyil – Maraqlı olanlar var

Rəhman Hacıyev "Neftçi"dən ayrıla bilər.

“Ağ qaralar” müqaviləsi gələn yaya bitəcək yarımmüdafiəçinin xidmətində maraqlı deyil.

Futbolçu ilə anlaşmaq mümkün olsa, onunla qarşılıqlı razılıq əsasında müqavilə ləğv ediləcək.

Rəhmanın xidmətində maraqlı olan bir neçə Premyer Liqa klubu var.

Belədə 29 yaşlı futbolçunun icarəyə verilməsi də mümkündür.

Klub tez-tez zədələr alan Hacıyevlə bağlı hər iki ehtimalı da gözdən keçirəcək.

Rəhman bu mövsüm 15 oyunda meydana çıxıb və 2 qol, 2 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti