İtaliya mediası "Sumqayıt"dan bu informasiyanı paylaşdı – ÇL İDDİASI

7 İyun 2023 01:00 Sumqayıt 740
İtaliya mediası "Sumqayıt"dan bu informasiyanı paylaşdı – ÇL İDDİASI

İtaliya mətbuatı "Sumqayıt"ın qadınlardan ibarət komandasının Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcəyini yazıb.

Sportinfo.az xəbər verir ki, "TUTTOmercatoWEB" portalı bu mövsüm Azərbaycan çempionu olan "kimyaçılar"ın avrokuboklara ilkin təsnifat mərhələsindən başlayacağını qeyd edib.

Azərbaycan klubundan başqa, bu mərhələdə aşağıdakı klublar yer alıb:

“Lyuboten” (Şimali Makedoniya), “Pünik” (Ermənistan), “Layons” (Cəbəllütariq). İlk oyunlar 26-27 iyulda, cavab görüşləri isə 2-3 avqustda keçiriləcək. Püşkatma iyunun 30-da keçiriləcək.

Amma araşdırmamıza əsasən, Azərbaycandan qadın komandasının avrokuboklardakı iştirakı yalnız 2024/25 mövsümündə mümkün olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə