Kapitan karyerasın başa vurdu - Yeni iş yeri də məlumdur

6 İyun 2023 13:00 Sumqayıt 1 584
Kapitan karyerasın başa vurdu - Yeni iş yeri də məlumdur

"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov karyerasın başa vurub.

Təcrübəli futbolçu bundan sonra məşqçi kimi çalışacaq.

Onun artıq yeni iş yeri də məlumdur.

35 yaşlı müdafiəçi 10 ildi şərəfin qoruduğu "kimyaçılar"a bundan sonra məşqçi kimi xidmət göstərəcək.

Hüseynov əsas komandada Samir Abasovun korpusunda yer alacaq.

Karyerası ərzində "Turan" və "Qəbələ" klublarının şərəfin qorumuş arxa xətt oyunçusu 2013-cü ildən Sumqayıt klubdana çıxış edirdi.

O, son mövsüm 26 oyunda meydana çıxıb və 1 qolla yadda qalıb.

Azərbaycan millisinin sabiq üzvü "Sumqayıt" karyerasında 229 oyun keçirib və 3 qol, 4 qol ötürməsi etməyi bacarıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti