"Sumqayıt" ilk transferini elan etdi

5 İyun 2023 19:20 Sumqayıt 1 412
"Sumqayıt" ilk transferini elan etdi

2023/24 mövsümü üçün transfer çalışmalarına start verən “Sumqayıt” ilk futbolçu keçidini reallaşdırıb.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, komanda son mövsümü “Zirə”də keçirmiş qapıçı Mehdi Cənnətovla 3 illik müqavilə imzalayıb.

2017-2020-ci illərdə də "Sumqayıt"ın şərəfini qorumuş Cənnətov həmin müddət ərzində 63 oyun keçirib.

Milli komandamızda 1 matçda iştirak etmiş qapıçı son iki mövsümdə “Zirə”nin heyətində 47 qarşılaşmada meydanda olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti