
"Sumqayıt" başa çatan mövsüm uğursuzluqla yadda qaldı.
Mövsümə belaruslu mütəxəssis Aleksey Baqa ilə başlayan "kimyaçılar" sonradan Samir Abasova tapşırıldı.
Məhz Abasovun gəlişindən sonra komanda lazım olan xalları yığaraq Premyer Liqada qalmağı bacardı.
Yeni mövsüm üçün heyətdə köklü dəyişiklər gözlənilir.
Müqaviləsi bitən bütün əcnəbilərlə yolların ayrılması dəqiqləşib.
Yerlilərlə bağlı isə hələ yekun qərar verilməyib.
Yaxın 2-3 gündə rəhbərliklə Samir Abasov arasında görüş baş tutacaq.
Məhz həmin görüşdə azərbaycanlı futbolçularla bağlı yekun qərar veriləcək, yeni mövsümün planları təsdiqlənəcək.
XANOĞLAN / SPORTİNFO.AZ