Samir Abasov: "Todorla başqa cür danışacağıq"

27 May 2023 21:15 Sumqayıt 1 029
Samir Abasov: "Todorla başqa cür danışacağıq"

Sportinfo.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın "Zirə"(0:3) ilə keçirilən görüşündən sonra keçirilmiş mətbuat konfransında sualları cavablandırıb.

- Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bizim üçün "Qarabağ"la oyunda hər şey bitmişdi, çempionatda yerimizi təmin etmişdik. Ona görə də bu oyuna rahat, stressiz çıxmışdıq. Kimə nə deyəsən? Uşaqları bu cür oyunlara kökləmək çətindir. Futbolçularda həddindən artıq rahatlıq var idi. Bu da başadüşüləndir. Çempionatda qalmağımıza görə təbrik düşür ya düşmür, bilmirəm. Doğrudan da futbolçular son matçlarda çox əziyyət çəkdilər. Qalanlarla işimiz çoxdur, gedənlərə uğurlar arzulayıram. "Qarabağ"la oyundan sonra gələcək üçün planların üzərində işləməyə başlamışıq. Bu şəhər daha yaxşı yerlərə layiqdir. Onu da edəcəyik.

- Hər zaman 90 dəqiqə gərgin olan Samir Abasov bu gün çox rahat idi. Rahat şəkildə oyun izləmək necə hissdir?

- Mənim üçün heç də xoş deyil. Bilmirsən futbolçuları necə kökləyəsən. Heyif deyil həmin gərginlik? Çox çətindir. Bu gün qınanılası bir şey yoxdur. Digər tərəfdən də can-sağlığı baxımından bundan yaxşı şey yoxdur. Otur rahat oyuna bax, nə olar-olar. Təki belə şeylərə vərdiş olmayaq, bütün oyunlarımız gərgin keçsin.

- Ayxan Süleymanov ilk dəfə meydana çıxdı. Bu artıq Premyer Liqada qalmağı təmin etmiyinizlə bağlı idi?

- Ehtiyatda qalan digər oyunçular olsaydı, onları da buraxacaqdıq. Bu, sırf nəticə ilə bağlıdır. Səmimi deyim, taleyimiz bu matçdan asılı olsaydı, nə Ayxan, nə Nihat bu gün oynamayacaqdı. Premyer Liqada qalmağımız dəqiqləşib deyə onlara şans verdim.

- "Qarabağ"la matçdan sonra Ramil Şeydayevlə Todor Todoroski arasında insident yaşanıb və şimali makedoniyalının "azərbaycanlı futbolçular səfehdir" dediyi iddia olunur. Futbolçunuzla bu haqda söhbət etmisiniz?

- Başqa cür danışacağıq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu