
“Sumqayıt” qışda düşərgəsinə qatdığı legionerlərdən biri ilə vidalaşmağı lazım bilib.
Həmin əcnəbi Kərim Abubakardır.
"Gənclik şəhəri" təmsilçisi son olaraq İsrail "Bney Yehuda"sında çıxış edən qanalı ilə 5 ay + 1 il şərti ilə müqavilə imzalamışdı
Lakin baş məşqçi Samir Abasov 28 yaşlı forvardın növbəti mövsümü burada keçirməsinə razı olmayıb.
Afrikalı karyerası ərzində ölkəsinin “Medeama", İspaniyanın "Leqanes", "Alkorkon", "Valdivia", "Don Benito", "Algesiras", "Yeklano Deportivo" və İsrailin "Hapoel Akre" klublarının uğurları üçün çalışıb.
SPORTİNFO.AZ