"Qarabağ"la oyunda insidentə səbəbkar olan futbolçu ilə bağlı YENİ AÇIQLAMA

26 May 2023 23:40 Sumqayıt 863
"Qarabağ"la oyunda insidentə səbəbkar olan futbolçu ilə bağlı YENİ AÇIQLAMA

“Sumqayıt” Premyer Liqanın 35-ci turunu surpriz qələbə ilə başa vurdu.

Çempion “Qarabağ”ın qonağı olan “kimyaçılar” meydandan 2:1 hesablı qələbə ilə ayrıldı.

Matçdan sonra yaşananlar isə “ağdamlılar”ın şok məğlubiyyətini də kölgədə qoymuş oldu.

Belə ki, qonaqların müdafiəçisi Todor Todoroski Ramil Şeydayevə “Azərbaycanlı futbolçular ağılsızdır” deməklə bütün yerli oyunçuları təhqir edib.

Şeydayev haqqlı olaraq əsəbiləşib və Şimali Makedoniyadan olan futbolçu ilə paltardəyişmə otağının önündə insident böyüyüb.

Yalnız komanda yoldaşları və rəqib oyunçular çempionatın bombardirin sakitləşdirə bilib.

AFFA İcraiyyə Komitəsi (İK) də başverənlərə biganə qalmayıb.

İK-a hər iki futbolçuya 2-si şərti olmaqla 3 oyunluq cəza verib. Klubları isə 2400 manat cərimələnib.

Maraqlıdır, bəs Sumqayıt təmsilçisinin rəhbərliyi insidentə səbəbkar olan legioneri ilə bağlı hər hansı tədbir görübmü?

Sorğumuza cavab olaraq “Sumqayıt” klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov saytımıza açıqlamasında bunları dedi:

“Burada çox da şişirdiləsi məsələ yoxdur. Meydançada iki futbolçu arasında yaşanan xırda mübahisə idi.

Bu, paltardəyişmə otağına önündə də davam etdi. Amma yekunda ciddi problem yaşanmadı. Futbolda belə halların olması normladır”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"