"Sumqayıt" Şəfəq saçdı, çempionluq taxtına əyləşdi - FOTOREPORTAJ

25 May 2023 01:10 Sumqayıt 670
"Sumqayıt" Şəfəq saçdı, çempionluq taxtına əyləşdi - FOTOREPORTAJ

AFFA təşkil etdiyi AFFA Yüksək Qızlar Liqasının 2022/2023-cü illər mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bu gün Sumqayıtda çempionatın sonuncu – 18-ci turunun “Sumqayıt” – 8 №-li iOEUGiM (7:4) oyunu keçirilib.

Ləman Mustafazadənin het-trik, Nübar Eminovanın isə dubl etdiyi qarşılaşmada digər qolların müəllifləri Firuzə Şıxıyeva və Rövşanə Sərdarlı olub.

Qaşılaşmanın ardınca Yüksək Liqanın mükafatçılarının təltifetmə mərasimi keçirilib.

Futbolçulara medal və diplomları “Sumqayıt”ı prezidenti Riad Rəfiyev, AFFA-nın Texniki Direktoru Cahangir Həsənzadə, Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova və U-17 (qadınlar) milli komandasının baş məşqçisi Nərgiz Qurbanova təqdim ediblər.

Beləliklə, “Sumqayıt” Yüksək Liqanın məğlubiyyətsiz çempionu adını qazanıb. Qızlar keçirdiyi 18 qarşılaşmada 14 qələbə və 4 heç-heçə əldə etməklə 46 xal toplayıb. Komandanın hücumçusu Şəfəq Nəsirova isə 64 qolla çempionatın bombardiri olub.

“Sumqayıt” 2023/2023-cü illər mövsümünün qalibi, “Neftçi” ikinci, “Xırdalan Siti” komandası isə üçüncü olub.

“Xırdalan Siti” komandasının üzvü Fidan Cəfərova mövsümün ən yaxşı oyunçusu, “Neftçi”nin oyunçusu Məryəm İsayeva isə mövsümün ən yaxşı qapıçısı seçilib.

Şəfəq Nəsirova (“Sumqayıt”) 64 qolla mövsümün ən məhsuldar oyunçusu olub.

Mükafatları AFFA-nın Texniki Direktoru Cahangir Həsənzadə, Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev və U-17 (qadınlar) milli komandasının baş məşqçisi Nərgiz Qurbanova təqdim ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"