
"Çox vacib qələbə qazandıq".
Bu fikirləri Sportinfo.az-a açıqlamasında "Qarabağ" üzərində qələbə (2:1) haqqında danışan "Sumqayıt"ın müdafiəçisi Stiven Pereyra dilə gətirib.
Kabo-verdeli 29 yaşlı legioner ölkənin ən güclüsü ilə oyundakı qələbəyə görə hər kəsə alqış düşdüyünü bildirib:
"Bu qələbə ilə Premyer Liqadakı yerimizi qoruduq. Hətta bir pillə də yuxarı yüksəldik.
Bizim üçün vacib olan yerimizi qorumaq idi. Ölkənin ən güclü komandasına qarşı oynayırdıq, bütün komandaya alqış düşür".
O, son turda "Zirə" ilə matçda əsas məqsədlərindən də söz açıb:
"İndi əsas məqsədimiz mövsümün son oyununda azarkeşlərimiz qarşısında yaxşı nəticə qazanıb fasiləyə xoş atmosferdə yollanmaqdır" .
XANOĞLAN