Samir Abasov bu "xəstəliyi" nə vaxt müalicə edəcək?

23 May 2023 14:40 Sumqayıt 833
Samir Abasov bu "xəstəliyi" nə vaxt müalicə edəcək?

Günün adamı Samir Abasovdur.

Nəhayət, istəyinə çatdı, «Sumqayıt» Premyer Liqada qaldı.

Əslində, «Sumqayıt» üç həftə qabaq bu tapşırığın öhdəsindən gəlməli idilər. «Qəbələ» və «Səbatl»lə qarşılaşmaları, güman edirəm ki. nə Samir Abasovun özü, nə də komandasından kimsə bundan sonra xatırlamaq fikrinə düşər.

Gerçəkdən acı bir təcrübə oldu. Getsin, bir də gəlməsin.

«Sumqayıt»ın Suraxanıdan xalla dönəcəyini gözləyən az idi. «Qarabağ»ı öz evində məğlub edəcəyini ən optimist sumqayıtlı fanat da ağlına gətirməzdi.

Ancaq futboldur bu, hərdən belə sürprizlər də yaşanır.

Samir Abasov ilk hissədə yel kimi əsdi. Birincidə Rahil Məmmədov kobudluq etmişdi, penalti qərarı doğru idi. Fərqin ikiyə çatdığı epizodda isə düşünülmüş hücum izlədik.

Göründü ki, Abasov məşqdə bunun üzərində çox dayanıb.

«Sumqayıt» 80 dəqiqə nizamını pozmadı. Hesabı qorumağın yaratdığı narahatlıq güclənənə kimi. Ramil Şeydayevin boşa verdiyi penalti o həyacan zəngini yenə çaldı.

Fikrimcə, bu, «Sumqayıt»ın müdafiə xəttinin «ənənəvi xəstəliyi»dir, təkrar baş qaldırdı. Samir Abasov bu «xəstəliy»in üzərinə əl çəkəcək.

Təhlükə bu dəfə sovuşdu, «axil daban» bloklandı. «Müalicə» isə yayda qaldı.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!