Samir Abasov o qədər QORXUDUR Kİ…

18 May 2023 15:00 Sumqayıt 626
Samir Abasov o qədər QORXUDUR Kİ…

«Sumqayıt» cari mövsum «Sabah»a qarşı keçirdiyi dördüncü oyunu da uduzdu.

Rəqimlər belə, «göz yaşı tökür».

Deməli, «Sumqayıt» bu rəqiblə qarşılaşmalarda öz qapısından üst-üstə 17 qol buraxıb və… bir dəfə də fərqlənə bilməyib.

Bu, rüsvayçılıqdır! Samir Abasov üçün ümumiyyətlə. Abasov yeri gələndə əcnəbi həmkarlarını bəyənmir, onlara dodaq büzür.

«Sumqayıt» o dörd oyundan üçünü Abasovun rəhbərliyi altında uduzub.

Hər dəfə yaşca özündən kiçik Murad Musayevin əlini təbrik məqsədilə sıxan Samir bəy, yəqin ki, bir az sonra papağını qarşısına qoyacaq və yaxşı-yaxşı fikirləşəcək, öz-özünə «mən nə etdim», «niyə belə etdim», «harada səhv buraxdım» sualları verəcək.

Qoy, o, fikirləşməyində olsun, biz isə Abasova bəzi sözlərimizi deyək.

Demək belə… Samir Abasov günü-günə calayır, hər həftə bir bəhanə gətirir, hamıdan və hər şeydən gileylənir, amma bir dəfə demir ki, niyə hələ də əsas heyəti müəyyənləşdirməyib, bir oyun üslubu, dəsti-xətti yaratmayıb.

Varmı «Sumqayıt»ın oyunu? Yoxdur!

Varmı baş məşqçinin B və C variantları? Yenə yoxdur!

Bir qol buraxan kimi komanda «özündən gedir». Çətini «Sumqayıt»a ilk qolu vurana kimidir. Hesab açıldısa, ardı gələcək.

«Sabah»dan dörd oyunda 17 qol «yemək» psixoloji gərginliyin əlamətidir. Ab-hava ağır olanda futbolçular da başını itirir, narahatlıq içində boğulur, fərdi səhvlər artır.

Dünən də bunu müşahidə elədik. «Sabah» tablodakı rəqəmləri «yerindən tərpədən» kimi «Sumqayıt»lıların əl-qolu yanına düşdü, halsızlaşdılar və ruhsuzlaşdılar.

Kollektivi belə depressiyaya salan baş məşqçinin gündəlik iş tərzi, onlara yanaşma tövrüdür.

Görünür, Premyer Liqaya düşmək təhlükəsindən o qədər danışır, o qədər qorxudur, o qədər təhdid edir ki, oyundan əvvəl stress yaşayırlar, meydana çıxanda, hətta fərqlənəndə belə, özgüvənləri yaranmır.

MUSA

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!