Azərbaycan klubunda "ÜSYAN": "Bir nəfər ortalığa çıxacaqmı ki..."

18 May 2023 17:00 Sumqayıt 847
Azərbaycan klubunda "ÜSYAN": "Bir nəfər ortalığa çıxacaqmı ki..."

"Sumqayıt" bu mövsüm "Sabah"dan dördüncü böyük hesablı məğlubiyyətini aldı - 0:4.

Daha əvvəlki matçlar - 0:3, 0:6, 0:4.

Üst-üstə buraxılan 17 qola qarşılıq rəqib qapısından bir qol belə keçirmək mümkün olmayıb.

Belə acınacaqlı mənzərəyə azarkeş qəzəblənməsin nə etsin?

Narazılığını sosial şəbəkədə bildirən fanatlar komandalarını sərt şəkildə tənqid ediblər:

"Bu boyda şəhərin komandasına baxın. Kimə gəldi uduzdunuz. Hansı üzlə maaş alırsınız?".

"Komanda yerli oyunçularla oynayanda bundan güclü idi".

"Heç kimə lazım olmayan legionerləri transfer xətrinə gətiriblər. Komandanın oyunu sıfır".

"Bir nəfər ortalığa çıxacaqmı ki, desin niyə komandanı bu günə qoyursuz".

"Sizə "Kapital Arena" da çoxdur. Mehdi Hüseynzadə stadionuna layiq deyilsiz".

"Bu il "Sabah" 17 top vurub, biz bir qol vura bilməmişik. Belə biabırçı komanda niyə lazımdı?".

"Utanın yerə girin, elə orda da qalın. Hələ utanmaz-utanmaz məğlubiyyəti reklam edirlər".

"Texniki məğlubiyyət bundan yaxşıdır. Oyuna çıxmayın".

"Ayıb olsun! Bu qədər şəhər sakini oyuna baxmağa gəlir. Sizin göstərdiyiniz oyuna baxın".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu