Millinin qapıçısı "Neftçi"yə "yox" dedi, yeni klub seçimini etdi

16 May 2023 11:40 Sumqayıt 3 750
Millinin qapıçısı "Neftçi"yə "yox" dedi, yeni klub seçimini etdi

«Sumqayıt»ın qapıçısı Aydın Bayramovun yeni ünvanı məlum olub.

Bir ara milliyə də çağırılan və adı «Neftçi» ilə yanaşı hallanan kiper növbəti mövsümə «Turan Tovuz»da başlayacaq.

Son vaxtlar formadan düşən və «kimyaçılar»ın əsas heyətində yerini itirən «əlcək sahibi» Premyer Liqanın debütantı ilə razılığa gəlib. O, ikillik müqavilə şərtlərini razılaşdırıb.

Tovuz klubunun baş məşqçisi Ayxan Abbasov onu yaxşı tanıyır. Abbasov 3 il «Sumqayıt»da Bayramovla çalışıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə