“Sumqayıt” öz şəhidinə böyük dəyər verdi - FOTOLAR

16 May 2023 00:40 Sumqayıt 476
“Sumqayıt” öz şəhidinə böyük dəyər verdi - FOTOLAR

“Sumqayıt” və “Azərikimya” İB-nin təşkilatçılığı ilə şəhid Rəhman Məmmədovun xatirəsinə həsr olunmuş mini futbol turniri keçirilib.

Sportinfo.az xəbər verir ki, “Kapital Bank Arena”da baş tutan yarışda “Ərgünəş”, “Polad Həşimov” FK, İOEUGİM və “Sumqayıt” FK iştirak edib.

Oyunlar başa çatdıqdan sonra turnir iştirakçıları diplom və medallarla təltif olunub.

Mükafatlandırma mərasimində şəhid Rəhman Məmmədovun valideynləri – Natiq Məmmədov və Səadət Məmmədova, “Sumqayıt” FK-nın vitse-prezidenti Aydın Xəlilov, Sumqayıt şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Tərlan Hacızadə, Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbəri İman Ağayev, veteran futbolçular – Abdulla Məmmədov, Telman Salahov, şəhidin döyüş yoldaşları, dostları və məşq yoldaşları iştirak edib.

“Sumqayıt” Futbol Akademiyasının yetirməsi olmuş Rəhman Məmmədov 1997-ci il fevralın 13-də anadan olub.

2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib.

2016-cı ilin aprel döyüşlərində iştirak edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Noyabrın 9-da – qələbəyə saatlar qalmış Şuşa döyüşləri zamanı şəhid olub.

Rəhman Məmmədov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"