"Sumqayıt" Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnir keçirdi - FOTOREPORTAJ

10 May 2023 12:40 Sumqayıt 395
"Sumqayıt" Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnir keçirdi - FOTOREPORTAJ

SOCAR “Azərikimya” İB dəstəyi, “Sumqayıt” FK və Şimal Regional Futbol Federasiyasının təşkilatçılığı ilə Sumqayıt şəhərində müəssisə, təşkilat və idarələr arasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mini futbol turniri keçirilib.

Sportinfo.az xəbər verir ki, yarışda 12 komanda 2 qrupda mübarizə aparıb.

Turnirin final qarşılaşmasında FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin komandası Abşeron-Xızı Regional Təhsil idarəsinin komandasını 2:0 hesabı ilə üstələyərək qalib adını qazanıb.

Üçüncü yeri isə Sumqayıt Texnologiya Data mərkəzinin kollektivi tutub.

Yarışın sonunda mükafatları “Sumqayıt” FK-nın vitse-prezidenti Aydın Xəlilov, Şimal Regional Futbol Federasiyasının prezidenti Abdulla Məmmədov, veteran futbolçu Telman Salahov və Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov təqdim edib.

Digər Xəbərlər
Xəbər Lenti