Kapitandan səmimi etiraf: "Deyəcək söz yoxdur, səhv mənimdir"

12 May 2023 19:20 Sumqayıt 556
Kapitandan səmimi etiraf: "Deyəcək söz yoxdur, səhv mənimdir"

"Sumqayıt" Premyer Liqanın 33-cü turunu "Səbail"ə məğlubiyyətlə başa vurdu.

Oyuna yaxşı başlayan, hesabda önə çıxan "kimyaçılar" 70-ci dəqiqədə bir andaca "ip"i əldən verib, sonda meydandan xalsız ayrılmalı oldu - 1:3.

“Gənclik şəhəri” təmsilçisinin kapitanı Vurğun Hüsyenov matçla bağlı Sportinfo.az-ın sualların cavablayıb.

- İlk öncə ümumi olaraq oyun haqqında nələr deyə bilərsən?

- Oyuna ciddi hazırlaşmışdıq. Evdə oynadığımızdan istəyimiz qələbə qazanmaq idi. Qarşılaşma da buna doğru gedirdi. Mənim səhvimdən sonra bərabərlik qolu vuruldu. Davamında rəqib üstünlüyü ələ aldı və məğlub olduq. Deyiləcək çox söz yoxdur.

- Həqiqətən hər şey ürəyinizicə gedirdi. Hesabda və nəticədə üstün idiz. Məlum epizodla bağlı nə deyə bilərsən?

- O epizoda deyəcək söz yoxdur. Səhv mənimdir.

- Etdiyin səhvdən sonra hesab bərabərləşdi. Bir qədər sonra isə əvəzləndin. Özün istədin, yoxsa baş məşqçinin qərarı belə oldu?

- Baş məşqçinin qərarı idi. Özü də gördü ki, ruh düşkünlüyüm var və ona görə əvəzlədi.

- Samir müəllim oyundan sonra təsəlli verdi, yoxsa əsəbi idi?

- Samir müəllim tək bu oyunda yox, bütün oyunlarda bizim yanımızda olur. Bu oyunda da həmçinin. Qarşılaşmadan sonra bizə təsəlli verdi. Qarşıdakı görüşlərə hazırlaşmalı olduğumuzu bildirdi.

XANOĞLAN İMANOV

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı