"Bu komanda Premyer Liqadan düşməyəcək" - QANALI MÜSAHİB

3 May 2023 21:20 Sumqayıt 1 344
"Bu komanda Premyer Liqadan düşməyəcək" - QANALI MÜSAHİB

“Sumqayıt”ın qanalı hücumçusu Kərim Abubakar komandasının “Kəpəz” üzərində qazandığı 1:0 hesablı qələbə haqda Sportinfo.az-a müsahibə verib.

- Çətin qələbədən sonra özünü necə hiss edirsən?

- Bu, bizim üçün olduqca vacib qələbədir. Turnir cədvəlindəki vəziyyəti və sıralamanı bilirsiniz. Düşünürəm ki, qismən də olsa vəziyyətimizi yaxşılaşdıra bildik. Buna görə də özümü xoşbəxt hiss edirəm.

- “Kəpəz” qış fasiləsindən sonra ikinci “5-lik”də ən uğurlu komandadır. Bu komandanı məğlub edəcəyinizi təxmin edirdiniz?

- “Sumqayıt”ın potensialı daha artığını etməyə imkan verir. “Qəbələ” ilə oyunda uduzmağımıza baxmayaraq, möhtəşəm çıxış etmişdik. Sadəcə, bəzi anlarda diqqətsizliyə yol veririk, bəzən qol epizodlarından yararlana bilmirik. Əsas oyunun məzmunudur ki, bu da bizdə var. Ona görə də “Kəpəz”lə qarşılaşmadan qələbə ilə ayrılacağımızı gözləyirdim.

- “Sumqayıt”ın elitada qalacağı inandırıcıdır?

- İnşallah. Bu komanda Premyer Liqada düşməyəcək, növbəti mövsümdə “Sumqayıt”ın indikindən də güclü olacağına inanıram.

- Todor Todorovski saytımıza müsahibəsində “Sumqayıt” 100 faiz Premyer Liqada qalacaq” demişdi. Sən də komanda yoldaşın kimi buna əminsən?

- İnşallah, “Sumqayıt” növbəti mövsümdə elitada olacaq. Mən buna inanıram.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"