“Mən yalnız prezidentdən halallıq alandan sonra buradan gedəcəm”

2 May 2023 18:00 Sumqayıt 3 049
“Mən yalnız prezidentdən halallıq alandan sonra buradan gedəcəm”

“Mənim klubla müqaviləm var və rəhbərliklə məsləhətləşmədən heç bir addım atmaq istəmirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın seleksiyaçı məşqçisi Rail Məlikov deyib.

I Divizionda mövsümün qızıl medallarını özü üçün təmin eləmiş “Araz Naxçıvan” məşqçilər korpusunu yenidən formalaşdırır.

İndi bütün planları o qurur. Premyer Liqada debüt etmək həvəsi ilə alışıb-yanan mütəxəssis özünə köməkçi axtarışına çıxıb.

“Pro” kateqoriyalı çalışdırıcı hazırda “Sumqayıt”da seleksiyaçı kimi fəaliyyət göstərən Rail Məlikovu Muxtar Respublika təmsilçisinə gətirmək niyyətindədir.

“B” lisenziyalı Məlikov ötən mövsümin ikinci yarısından etibarən yeni sahəyə atılıb. İlk sınağında “Şamaxı”nın ikinci komandası ilə I Divizionun gümüş medallarını qazanıb.

Cari mövsümə isə “Sumqayıt”da başlayıb, 3 ay Aleksey Baqanın köməkçisi işləyib.

Samir Abasovun təyinatından sonra əsasən akademiya ilə bağlı layihələrdə yaxından iştireak edir.

R.Məlikov “Araz Naxçıvan”dan təklif aldğını, amma hələ yekun qərar vermədiyini bildirib:

“Məni “Sumqayıt”a Riad Rəfiyev dəvət edib. Bugünə kimi ondan yalnız diqqət və qayğı görmüşəm.

Prezident olaraq üzərimdə haqqı çoxdur. Mən yalnız Riad müəllimdən halallıq alandan sonra buradan gedəcəm.

O, necə desə, elə də edəcəm. Bilirsiz, yaxşılıq itirən adam deyiləm.

Kim mənə dəstək olubsa, səmimiyyət göstəribsə, həmin şəxsi heç vaxt yolun ortasında tək buraxıb qaçmaram. Belə şeyləri şəxsiyyətimə sığışdıra bilmərəm.

Riad müəllim “Sumqayıt” üçün çox iş görüb. Bizim kimi gənc məşqçilərə dəstək olur.

Gərək onunla görüşüm, gələcək karyeramla bağlı nə düşündüyü ilə maraqlanım. Yalnız ondan sonra qərar verəcəm ki, Sumqayıtda qalmağım məsləhətdir, ya Naxçıvana getməyim.

Azər Bağırovu çoxdan tanıyıram. “Şamaxı”da bir yerdə işləmişik.

“Şamaxı”nın kuboku qazanmasında Azər müəllimin böyük əziyyəti var. Bir-birimizi yaxşı tanıyırıq”.

Digər Xəbərlər
Xəbər Lenti