Premyer Liqanın “qapsını döyən” klubdan yeni məşqçi seçimi

1 May 2023 23:00 Sumqayıt 1 957
Premyer Liqanın “qapsını döyən” klubdan yeni məşqçi seçimi

I Divizionda mövsümün qızıl medallarını özü üçün təmin eləmiş “Araz Naxçıvan” məşqçilər korpusunu yenidən formalaşdırır.

Xeyir, hələ Azar Bağırovun görəvdən alınmasından söhbət getmir. Ona hələ var.

İndi bütün planları o qurur. Premyer Liqada debüt etmək həvəsi ilə alışıb-yanan mütəxəssis özünə köməkçi axtarışına çıxıb.

“Pro” kateqoriyalı çalışdırıcı hazırda “Sumqayıt”da seleksiyaçı kimi fəaliyyət göstərən Rail Məlikovu Muxtar Respublika təmsilçisinə gətirmək niyyətindədir.

“B” lisenziyalı Məlikov ötən mövsümin ikinci yarısından etibarən yeni sahəyə atılıb. İlk sınağında “Şamaxı”nın ikinci komandası ilə I Divizionun bürünc medallarını qazanıb.

Cari mövsümə isə “Sumqayıt”da başlayıb, 3 ay Aleksey Baqanın köməkçisi işləyib.

Samir Abasovun təyinatından sonra əsasən akademiya ilə bağlı layihələrdə yaxından iştireak edir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti