Azərbaycanlı baş məşqçi ən azı 10 il qocaldı – DÜNƏN…

30 Aprel 2023 21:40 Sumqayıt 1 500
Azərbaycanlı baş məşqçi ən azı 10 il qocaldı – DÜNƏN…

Premyer Liqada qalmaq uğrunda mübarizənin favoritlərinin sayı azalmağa doğru gedir.

Mövsümün final mərhələsinin son akkordları vurulur və belə bir məqamda hamı öz canının hayındadır.

«Sumqayıt» kimi. Samir Abasov ötən gün Qəbələdə məşqçi həyatının ən unudulmaz anını yaşadı.

«Kəpəz» üzərində qələbə hava və su kimi vacib idi, mən isə əminəm ki, o, dünən son fit çalınanadək ən azı 10 il qocaldı.

«Ən azı» deyirəm. Bəlkə də ömrünün yarısını «xərclədi» orada.

Əslinə qalsa, «Sumqayıt» hələ ötən həftə rahat nəfəs dərməli idi. «Qəbələ»ni asan keçmək olardı, «soyuq duş» aldılar.

2:0-dan 2:3-ə dönən qarşılaşmanın ağrı-acısı və məyusluğu ilə Qəbələyə yollanan komanda iztirabı öz üzərindən tez atdı.

Təəccüblü, amma maraqlı haldır. Demək ki, Samir Abasov psixoloq nöqteyi-nəzərindən həftəlik tsikli yaxşı keçirmiş, dərin sarsıntı keçirmiş futbolçuları ilə aranı açmamışdı.

Baş məşqçinin dəstəyini alan «Sumqayıt»lılar nəticəyə oynadı, bir neçə qol epizodu yaxaladı və ona lazım olan qolu vurdu.

«Kəpəz»i məcbur etdilər ki, ən zəif oyunlarından birini keçirsinlər. Şuaybu ilə Ayzayanı gözdən qoymadılar, «dabanlarında gəzdilər».

Arxanı boş saxlamayıb, yaxın oynadılar. Ən əsası, meydanın hər qarışı uğrunda vuruşdular.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"